Местоположение: Bakı
"SAMT" MMC-də "Mühafizəçi" vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Müəssisədə giriş-çıxış rejiminə nəzarət etmək və əraziyə yalnız səlahiyyətli şəxslərin daxil olmasını təmin etmək; Növbənin təhvil-təslimi zamanı mühafizə olunan əraziyə baxış keçirmək və mövcud vəziyyəti yoxlamaq; Təyin edilmiş ərazidə mütəmadi patrul xidməti həyata keçirmək, təhlükəsizlik risklərini aşkar etmək və operativ tədbirlər görmək; Ziyarətçilərin, podratçıların, nəqliyyat vasitələrinin və materialların giriş-çıxışını qeydiyyata almaq; Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun operativ reaksiya vermək və rəhbərliyi dərhal məlumatlandırmaq; Növbə təhvil-təslim prosesini düzgün icra etmək və müvafiq qeydləri aparmaq. Tələblər: Tam orta təhsil; Boy minimum 175 sm; "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur; Təhlükəsizlik və ya mühafizə sahəsində minimum 1–3 il iş təcrübəsi (istehsalat və ya zavod mühitində təcrübəyə üstünlük verilir); Fiziki təhlükəsizlik, giriş-çıxış rejimi və fövqəladə hallara operativ reaksiya üzrə praktiki təcrübə; Fiziki hazırlıq normativlərini yerinə yetirmək bacarığı; Giriş nəzarət sistemləri, CCTV və təhlükəsizlik prosedurları üzrə biliklər; Diqqətlilik, məsuliyyətlilik, yüksək müşahidə qabiliyyəti və komanda ilə işləmək bacarığı. Şirkət tərəfindən verilən imtiyazlar: Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.