Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Anbarın gündəlik fəaliyyətinin təşkili və anbar ehtiyatlarına nəzarət; Malların, materialların və avadanlıqların qəbulu, saxlanılması, qablaşdırılması və göndərilməsi proseslərinin koordinasiyası; Materialların, alətlərin, avadanlıqların və ehtiyat hissələrinin hərəkətinin uçotu və izlənilməsi; Dövri inventar yoxlamalarının aparılması və anbar qalıqlarına nəzarət; Ehtiyat hissələrinin sifarişlərinin təşkili və minimal/maksimal anbar səviyyələrinin qorunması; Logistika proseslərinin planlaşdırılması və daşınmaların təşkili; Müştərilər, təchizatçılar və nəqliyyat şirkətləri ilə operativ əməkdaşlıq; Göndəriş və müşayiətedici sənədlərin hazırlanması və düzgün rəsmiləşdirilməsi; Nəqliyyat vasitələrinin texniki vəziyyətinə, texniki baxışlara və müvafiq sənədlərə nəzarət; Sürücülərin iş qrafikinin, yürüş məsafəsinin, yanacaq sərfiyyatının və yanacaq kartlarının uçotunun aparılması; Təhlükəsizlik avadanlıqlarının və inventarın vaxtında yoxlanılması və sertifikatlaşdırılması prosesində iştirak; Şirkətin SƏTƏM siyasətlərinə, daxili prosedurlarına və müştəri tələblərinə uyğun fəaliyyət göstərilməsi; Layihə rəhbərlərinə logistika, material təminatı və anbar əməliyyatları üzrə dəstəyin göstərilməsi; Hesabatların, reyestrlərin və digər anbar-logistika sənədlərinin hazırlanması və aparılması. Namizədə tələblər: Anbar, logistika, material təminatı və ya əlaqəli sahədə iş təcrübəsi; Texniki təhsilin olması üstünlük hesab olunur; Alətlər, avadanlıqlar və ehtiyat hissələri ilə işləmək bacarığı; Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları; Sənədlərlə işləyərkən diqqətlilik və məsuliyyətlilik; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Məsuliyyətli, təşəbbüskar və iş proseslərini müstəqil təşkil etmək bacarığı; İngilis dili biliyi üstünlükdür. İş yeri: Heydər Əliyev pr.205, Atletlər kəndi, Bina 2,Blok 4 İş şəraiti İş qrafiki: 5/2 İş saatları: 08:00–17:00 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirmə. Əməkhaqqı: müsahibə zamanı müəyyən edilir Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .