Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Rəqib marketlərdə qiymət monitorinqlərinin aparılması; Kampaniya və endirimlərin izlənilməsi; Mağaza ziyarətləri vasitəsilə məlumatların toplanması; Məhsullar üzrə qiymət müqayisələrinin aparılması; Bazardakı qiymət dəyişikliklərinin izlənilməsi; Toplanmış məlumatların aidiyyəti şəxslərlə operativ şəkildə paylaşılması. Tələb olunan bilik və bacarıqlar: Microsoft Office proqramlarında, xüsusilə Excel-də biliklərə malik olmaq; Diqqətli və məsuliyyətli olmaq; Məlumatları düzgün və operativ toplamaq bacarığı; Komanda mühitində işləməyi bacarmaq. Tələb olunan təhsil, iş təcrübəsi: Ali və ya orta ixtisas təhsili; Supermarket və ya pərakəndə satış sektorunda iş təcrübəsi; Qiymət monitorinqi və bazar araşdırması sahəsində praktiki təcrübə olması üstünlükdür. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırması üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.