Satış təmsilçisi - Uğur İndustry MMC

Местоположение: Bakı

“UĞUR İNDUSTRY” MMC Satış təmsilçisi vakansiyası elan edir:  Satış təmsilçisi ​​​​​​​ İş yeri: Xırdalan şəhəri Namizədə tələblər: Ali təhsil; MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı); Müvafiq sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi; Sürücülük vəsiqəsi olmalı; Diqqətli, çevik və məsuliyyətli olmalı; Təhlil və analiz etmə qabiliyyətli olmalı; Kollektivdə işləmək bacarığı olmalı; Əsas vəzifə öhdəlikləri: Cavabdeh olduğu ərazi üzrə korporativ müştərilərlə, mağazalarla satış prosesini həyata keçirmək; Öz ərazisinə məxsus pərakəndə satış hədəflərini təmin etmək; Rəqiblərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq və Marketinq şöbəsini məlumatlandırmaq; Aylıq hesabatlar hazırlamaq və rəisinə təqdim etmək; Pərakəndə satış şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək; Öz ərazisində satış siyasəti və hədəfləri istiqamətində doğru addımlar atmaq; Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək; Marketinq şöbəsinin bütün layihələrinə təşəbbüs və köməklik göstərmək; Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərinin araşdırılmasına dəstək göstərmək; Rəisinə biznes planın və illik büdcənin hazırlanmasında köməklik etmək; Pərakəndə satıcılarla, topdan satıcılarla, tikinti şirkətləri ilə mütəmadi olaraq görüşlər keçirmək; Sement, gips, şpaklyovka, kafel-metlak yapışdırıcıları, boya məmulatları istehsal edən sexlərin yerlərini müəyyən  edib, hər birini ətraflı tədqiq etmək və müvafiq tədbirlər görülməsi üçün təşəbbüs göstərmək; Satış məntəqələrində Zavod məhsullarının daha diqqətçəkən yerlərdə yerləşdirilməsi və məhsulların düzgün saxlanılma qaydalarına riayət edilməsinə nəzarət etmək; Region bazarlarında zavod məhsullarının pərakəndə satış qiymətlərinə nəzarət etmək; Şirkət brendindən istifadə edərək saxta məhsul satanları və istehsal edənləri aşkar edib, ifşa etmək;  İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək; Təminatlar: Nahar ilə təmin edilir. Korporativ nömrə ilə təmin edilir; Əmək haqqı: Vəzifə maaşı + bonus; Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “ Satış təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.