Местоположение: Bakı
WHSmith Baku komandamıza qoşul! Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır. Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri: Gündüz növbəsində mağaza əməkdaşlarının işini koordinasiya etmək Müştərilərin qarşılanmasını və xidmət standartlarına əməl olunmasını təmin etmək Satış prosesinə nəzarət etmək və satış göstəricilərinin artırılmasına dəstək göstərmək Kassa əməliyyatlarına və növbə təhvil-təsliminə nəzarət etmək Məhsulların qəbulu, rəflərə yerləşdirilməsi və qiymət etiketlərinin yoxlanılmasını təşkil etmək Stok qalıqlarına və məhsulların istifadə müddətlərinə nəzarət etmək Mağazanın vizual görünüşünün və təmizliyinin qorunmasını təmin etmək Günlük satış və əməliyyat hesabatlarını hazırlamaq Namizədə tələblər: Orta ixtisas və ya ali təhsil Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür Müştəri xidməti və satış bacarıqları Kassa və POS sistemləri ilə işləmək bacarığı Komanda ilə işləmək və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı Azərbaycan dilində sərbəst danışıq bacarığı İngilis və rus dili biliyi üstünlükdür Məsuliyyətli, ünsiyyətcil və operativ olmaq Növbəli iş rejimində işləməyə hazır olmaq Biz nə təklif edirik? Beynəlxalq brenddə iş imkanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Stabil əməkhaqqı Növbəli iş qrafiki Peşəkar təlim və inkişaf imkanları Karyera yüksəlişi perspektivi Dinamik və beynəlxalq iş mühiti İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - [email protected] Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.