Yüklənir...
Местоположение: Bakı
Təsvir Rəqəmsal marketinq fəaliyyətini planlaşdırmaq və həyata keçirmək (Veb, SEO, sosial media, GDN), kontent marketinqinin koordinasiyası; Rəqəmsal kanallarda reklamları təhlil etmək, hesabat hazırlamaq və qiymətləndirmək ; Veb saytın texniki təhlili, açar sözlərin (keyword) araşdırılması və optimizasiya işlərinin görülməsi; Bankın veb saytında istifadəçi yolunu (user journey) analiz etmək və təkmilləşdirmək, müştəri təcrübəsinin optimallaşdırılması; Onlayn satışların gücləndirilməsi, brendin rəqəmsal imicinin formalaşdırılması üzrə işləri görmək; Yeni texnologiyaları və trendləri müəyyənləşdirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq. Tələblər Marketinq və ya müvafiq sahə üzrə magistr dərəcəsi; Rəqəmsal marketinqdə ən az 2-3 il iş təcrübəsi; SEO sahəsi, effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə; Sayt analitikası, məhsul səhifələri (landing pages) və istifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə təcrübə; Güclü analitik yanaşma və təhlillərə əsaslanma; Rəqəmsal marketinq sahəsində yeni trendlər və ən yaxşı təcrübələr haqqında biliklər. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.