Местоположение: Bakı
Namizədə dair gözləntilər və xüsusi tələblər: Ali təhsil; Satış sahəsində minimum 1 il iş təcrübəsi (Bank və yaxud Sığorta sahələrində təcrübə arzuolunandır); MS Office proqramlarında sərbəst işləmə bacarığı; Analitik düşüncə qabiliyyəti; Sığorta qanunvericiliyi üzrə biliklər üstünlükdür; Ünsiyyət qurmaq bacarığı; Κomandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Banklarla əməkdaşlıq çərçivəsində müqavilələrin hazırlanması və izlənməsi; Bank partnyorlarla müştəri yönümlü layihələrin koordinasiyası; Ödənişlərin izlənməsi və hesabatların hazırlanması; Sığorta məhsullarının banklar vasitəsilə satış prosesində iştirak; Bank əməkdaşları üçün məhsul təqdimatları və təlimlərin təşkili; Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Əlavə məlumat: Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır; İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); İmtiyazlar: Könüllü tibbi sığorta İş yeri: Bakı, N. Nərimanov ray., Ak. Həsən Əliyev küç 24. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Banklarla iş üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır