Местоположение: Bakı
Nevrologiya Mobil Tətbiqimiz üçün Tibbi Kontent və Quiz Hazırlığı KBT MedTech Ltd rəqəmsal səhiyyə və süni intellekt əsaslı tibbi texnologiyalar inkişaf etdirən beynəlxalq MedTech şirkətidir. Şirkətimizdə 16-dan çox mütəxəssis həkimdən ibarət tibbi komanda fəaliyyət göstərir. Bundan əlavə komandamızda proqramçılar, süni intellekt mühəndisləri, dizaynerlər və tibbi kontent mütəxəssisləri də çalışır. Hazırda aktiv istifadə olunan nevrologiya mobil tətbiqimiz üçün tibbi kontent hazırlayacaq və tibbi quizlər yazacaq bir Nevroloq ilə uzunmüddətli əməkdaşlıq qurmaq istəyirik. Bu əməkdaşlıq klassik maaşlı iş deyil. Layihə əsaslıdır və gəlir paylaşımı modeli ilə həyata keçirilir. Mövcud əsas iş yerinizlə paralel əlavə fəaliyyət kimi də mümkündür. Əməkdaşlığın Təxmini Məzmunu Mobil tətbiq üçün nevrologiya üzrə tibbi quizlərin hazırlanması EEG, EMG, beyin MR və KT kimi nevroloji görüntülərin layihə üçün təmin edilməsi Nevrologiya mövzularında tədris məqsədli tibbi kontentin hazırlanması Süni intellekt əsaslı səhiyyə layihələrinə tibbi töhfə verilməsi Rəqəmsal səhiyyə məhsulunun inkişafına dəstək Axtarılan Profil Nevroloq (Nevrologiya üzrə mütəxəssis) EEG, EMG və nevro görüntüləmə metodlarına aşinalıq Tibbi quiz və tədris materialı hazırlamağa maraqlı Süni intellekt və rəqəmsal səhiyyə layihələrinə açıq Komanda ilə işləmə bacarığı olan Əməkdaşlıq Modeli Bu pozisiya maaşlı deyil Layihədən əldə olunan gəlir töhfə səviyyəsinə görə paylaşılır Uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur Təklif Olunan İmkanlar 16+ mütəxəssis həkimdən ibarət beynəlxalq komanda ilə işləmək Aktiv istifadə olunan rəqəmsal tibbi məhsulda iştirak MedTech və süni intellekt layihələrində təcrübə Uzaqdan və elastik əməkdaşlıq imkanı Əsas işinizlə paralel əlavə qazanc imkanı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qısa CV və özünüz haqqında məlumat göndərə bilərsiniz. Müraciət maili info@kbtmedtech.com