Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Təqib departamentinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək, strateji və əməliyyat planlarının hazırlanmasını və icrasını təmin etmək; Problemli kredit portfelinin effektiv idarə olunmasını, gecikmiş borcların minimuma endirilməsini və yığım göstəricilərinin artırılmasını təmin etmək; Departament üzrə aylıq, rüblük və illik hədəfləri müəyyən etmək, KPI sistemini formalaşdırmaq və icrasına nəzarət etmək; Borc yığım strategiyalarını hazırlamaq, təhlillər aparmaq və biznes nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni həllər tətbiq etmək; Təqib proseslərinin qanunvericiliyə, daxili normativ sənədlərə və etik prinsiplərə uyğun təşkil olunmasını təmin etmək; Portfel üzrə analitik təhlillər aparmaq, gecikmələrin səbəblərini müəyyənləşdirmək və risklərin azaldılması üçün tədbirlər planı hazırlamaq; Departament rəhbərlərinin fəaliyyətini koordinasiya etmək, onların inkişafı, performansının qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqini təmin etmək; İcra, məhkəmə, hüquq-mühafizə və digər dövlət orqanları ilə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək; Borc yığım proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə layihələrə rəhbərlik etmək; Departamentin büdcəsini planlaşdırmaq, resurslardan səmərəli istifadəni təmin etmək və fəaliyyətin maliyyə göstəricilərinə nəzarət etmək; Təşkilat rəhbərliyi üçün müntəzəm idarəetmə hesabatları, təqdimatlar və analitik məlumatlar hazırlamaq. Tələblər: Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar); Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər; Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları; Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı; MS Office proqramlarında sərbəst işləmək; Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür; Sürücülük vəsiqəsinin olması üstünlükdür. İş barədə məlumat: Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+) İş yeri: Bakı şəhəri, Nərimanov rayonu; Komfortlu ofis şəraiti və peşəkar komanda; 5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00. CV-lərinizi “ Təqib departamentinin rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Qeyd : Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır