Daxili audit üzrə mütəxəssis - Kontakt Home

Местоположение: Bakı şəhəri,

Təsvir: İllik Audit Planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi; Biznes proseslərinin daxili qayda və prosedurlara uyğunluğunun qiymətləndirilməsi; Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması; Aşkar edilmiş daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi və risklərin azaldılması məqsədilə tövsiyələrin təqdim edilməsi; Müəyyən edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi və daxili audit hesabatlarının hazırlanması; Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının icrasına nəzarətin (monitorinqin) aparılması; Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi. İş şəraiti:  İş günləri: I-V günlər;  İş saatı: 09:00-18:00. Tələblər: Ali təhsil; Bank sahəsində minimum 2 il iş təcrübəsi; Maliyyə hesabatları üzrə biliklər; ACCA, CIA və s. beynəlxalq peşəkar sertifikatlara malik olmaq üstünlükdür; Microsoft Office proqramlarında (Word, Excel, Outlook) yüksək səviyyədə işləmə bacarığı; Məlumatların (datanın) emalı və strukturlaşdırılması bacarığı; Azərbaycan və rus dillərini səlis bilmək, ingilis dili biliyi üstünlükdür; Analitik düşüncə və problemlərin həlli bacarığı; Şifahi və yazılı ünsiyyət bacarıqları; Vaxtın səmərəli idarə edilməsi bacarığı; Müstəqil və komanda daxilində effektiv işləmə bacarığı; Obyektiv düşünmə bacarığı. Vakansiya haqqında: Vakansiya növü Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.