Yüklənir...
Местоположение: Bakı şəhəri
Зарплата: 1100-1300
Vəzifə öhdəlikləri: Beynəlxalq daşınmalar-idxal və ixrac əməliyyatları şöbəsi tərəfindən göndərilən yük sənədlərinin düzgünlüyünün yoxlanması və gömrükləməyə qədər hazırlanması; Gömrük idxal və ixrac bəyannamələrinin düzgünlüyünün yoxlanılması və vaxtında rəsmiləşdirilməsinin həyata keçirılməsi; E-gov.az portalından yüklərin sərhədi keçməsini izləyib, verilən barkodların yük sərhədi keçdikdən sonra, gecikdirilmədən idxalın rəsmiləşdirilməsinin həyata keçirilməsi; Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan, eləcə də, uyğunsuzluq aşkarlanan bəyannamələrin səbəbini araşdıraraq problemin aradan qaldırılmasının təmin edilməsi; Zərurət yarandığı halda terminallardan yüklərin çıxarılması və anbara təhvil verilməsi üçün lazımi işlərin görülməsi; Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00 Tələblər: Ali təhsil; Azərbaycan dili (əla), Rus və İngilis dilləri biliyi orta səviyyədə; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır; Gömrük qanunvericiliyi sahəsində nəzəri biliklərinin olması ; İdxal, ixrac prosesi və logistik və broker əməliyyatlar haqqında ümumi anlayışın olması; Incoterms biliklərin olması (2010/2020); Microsoft Office proqramlarını bilməsi. Vakansiya haqqında: Vakansiya növü Tam ştat Əmək haqqı 1100 - 1300 AZN Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.