Местоположение: Bakı
Зарплата: 800-900
Təsvir: Buraxılış rejimi haqqında təlimatın tələblərinə riayət edilməsi; Prosedura və təlimata uyğun anbar binasına (qapısına) və ərazisinə daxil olan və çıxan nəqliyyat vasitələrinin, o cümlədən sürücülərin sənədlərini yoxlanılması; Maşınlara yüklənən məhsulların sənədlərlə uyğunluğunun yoxlanılması, uyğunsuzluq aşkar etdikdə dərhal bu barədə rəhbərə məlumat verilməsi; Müntəzəm olaraq seçmə üsulu ilə yükləmə-boşalma zonalarında yoxlama aparmalı, şübhəli hallar barədə təlimata uyğun olaraq dərhal aidiyyatı üzrə məlumat verilməsi; Ərazidə hərəkət edən maşınların sürət həddini aşmamasına, eləcə də təyin olunmuş yerlərdən kənarda durmamasının, yüklənib-boşalmasının nəzarətdə saxlanılması; Siqaret çəkmək üçün ayrılmış zonalardan kənar yerlərdə siqaret çəkilməsinin, həmçinin anbar ərazisinin zibillənməsinin qarşısının alınması; Əməkdaşların yüklər üçün nəzərdə tutulmuş qapılardan hərəkətini məhdudlaşdırmalı, işçilərin və kənar şəxslərin anbar ərazisində yalnız təyinatı üzrə hərəkət etmələrinin nəzarətdə saxlanılması; Gün ərzində və iş saatının sonunda anbarları tərk edən əməkdaşların üzərlərinin və çantalarının müntəzəm olaraq yoxlanılması; Anbarlarda quraşdırılan nəzarət müşahidə kameralarının qarşısında görüntünü məhdudlaşdıracaq hər hansı maneənin olmamasına nəzarət edilməsi; Rəhbərliyin göstərişi ilə işə aid digər tapşırıqların icra edilməsi. İş şəraiti: İş qrafiki: 6 gün iş, 1 gün istirahət Tələblər: Müvafiq sahədə min 1 il iş təcrübəsi; Fiziki cəhətdən sağlam; Punktuallıq və detallara diqqət etmə bacarığı; Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik; Komanda ilə işləmə bacarığı; Vakansiya haqqında: Vakansiya növü Tam ştat Təcrübə 1-2 il Vəzifə dərəcəsi Orta səviyyəli Təhsil Orta təhsil Əmək haqqı 800 - 900 AZN Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.