Baş mühasib - Kristal

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək; Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək; Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək; Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək. Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir); Aksizli malların uçotu, aksiz bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə (mütləqdir); Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər; Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə dərin biliklər; Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar; 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı; Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları; Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları; Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək; Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir. İş barədə məlumat Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək; İş yeri:  Hüseynbala Əliyev 32/24 İş vaxtı: 5 günlük iş qrafiki. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.