Местоположение: Bakı
Tələblər: Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit); Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək; Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C; Komandada işləmək bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı; MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür. Vəzifə öhdəlikləri: Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək; Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək; Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək; Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək; Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək; DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək; Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq; Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək; İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.). İş şəraiti: 5 günlük iş qrafiki; Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət maili hr@kristal.az