Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək; Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkilini edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət etmək; Təyin edilmiş obyektdə (ərazidə) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək; Tikinti işlərin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək və onlara iş təlimatını keçmək; Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək. Tələblər: Ali təhsil (İnşaat mühəndisliyi); Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır; Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi; Microsoft Office (Word, Excel, Power Point, Outlook); Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı; Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı; Detallara diqqətli yanaşmaq. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sahə mühəndisi ” yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.