Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); Yaradılmış sifariş formalarının analiz edilməsi; Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi; Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması; Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması. Tələblər: Ali təhsil; Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi; Yüksək səviyyədə Rus və İngilis dili; Sənədləşdirmə və yazışma işlərini bacarmalı; Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Güclü ünsiyyət və danışıq qabiliyyəti; Komandada işləmək bacarığı. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Jooble.az - Satınalma üzrə aparıcı mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: hr@kristal.az