Yüklənir...
Местоположение: Baki
Зарплата: 700-1000
Əsas öhdəliklər: Vizit kart, kataloq, buklet, afişa, qutu və digər poliqrafiya məhsullarının yüksək keyfiyyətli dizayn işlərinin hazırlanması; Müştəri tələblərinə uyğun fərdi və kreativ dizayn konseptlərinin işlənməsi; Brendin korporativ üslubuna və vizual identikliyinə uyğun dizayn materiallarının hazırlanması; Çap üçün faylların texniki cəhətdən düzgün hazırlanması, son yoxlanış və təsdiqinin həyata keçirilməsi; Kreativ və innovativ dizayn həllərinin hazırlanması, yeni ideyaların təqdim edilməsi; Müştəri ilə dizayn prosesi boyu operativ ünsiyyətin qurulması və eskizlərin təqdim olunması; Reklam, sosial media və rəqəmsal platformalar üçün vizual materialların hazırlanması; Mövcud dizaynların müasir trendlərə uyğun yenilənməsi və təkmilləşdirilməsi; Çap prosesində texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi. Kvalifikasiya tələbləri: Poliqrafiya və dizayn sahəsində minimum 2 il iş təcrübəsi; Yaş həddi: 21–40; Rus və İngilis dillərini bilmək üstünlükdür. Tələb olunan bilik və bacarıqlar: Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw proqramlarında peşəkar səviyyədə işləmək bacarığı; Çap üçün fayl hazırlama qaydaları və rəng profilləri (CMYK, Pantone) barədə biliklər; Roland avadanlığından, Konica lazer avadanlığından və UV-çap texnologiyasından, Poni cildləmə, forex yapışdırma texnologiyalarından istifadə bacarığı; Kreativ düşüncə və estetik zövq; Operativlik və detallara diqqət; Komandada işləmək və effektiv ünsiyyət bacarığı. Təklif edirik: Əmək haqqı: 700 – 1000 AZN; Bonus sistemi: Layihə üzrə əlavə ödənişlər; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul; İş qrafiki: Həftədə 6 gün; Stabil iş mühiti və inkişaf imkanı. Tələblərə cavab verən namizədlər öz CV-lərini və portfolio nümunələrini “Qrafik Dizayner” başlığı ilə Müraciət Et düyməsində elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili hr@kseroks.az