Yüklənir...
Местоположение: Bakı şəhəri
Təsvir Şirkət daxilində müvafiq istiqamətlər üzrə görüşlərin keçirilməsi, biznes proseslərin analiz edilməsi, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və həll yollarının təklif edilməsi; Şirkət daxilində icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etməsi; Biznes tərəfindən daxil olan tələblərin analiz olunması və prioritetləşdirilməsi; Biznesin tələblərinə əsasən texniki tapşırıqların formalaşdırılması; Texniki tapşırıqları İT və ya tərəfdaş olan 3-cü tərəflərlə müzakirə edilməsi və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünün təmin edilməsi; Layihələrin texniki tapşırıqlara uyğun olaraq icrasına nəzarət edilməsi və müvafiq testlərin aparılmasında dəstəyin göstərilməsi; Rəhbərlik üçün təqdimatların hazırlanması. Tələblər Təhsil: İnformasiya Texnologiyaları, Biznesin İdarə edilməsi, İqdisadiyyat; İş təcrübəsi: Biznes analitik, IT biznes analitik ən azı 1 illik iş təcrübəsi; Dil biliyi: azərbaycan-dili (Əla), ingilis-dili (Yaxşı), rus dili biliyi arzu olunandır; Kompüter biliyi: Microsoft Office (Excel, Visio, Power Point, Figma); İri həcmli İT layihələrinin aparılmasında təcrübə; Yaxşı ünsiyyət və təqdimat bacarığı; Analitik düşünmə qabiliyyəti; Layihələrin icrası üzrə metodologiyalar ilə ilkin tanışlıq. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş rejimi: 09:00-18:00/08:00-17:00 (5 gün); İş yeri: Bayıl (servis mövcuddur); Könüllü tibbi sığorta; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər; Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı; Korporativ təlimlərə qatılma imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.