Местоположение: Bakı
Təchizat üzrə menecer vakansiyası elan edir! Şirkət: AZMADE GROUPa daxil olan LLS MMC Namizədə dair tələblər: Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür); Təchizat sahəsində minimum 5 il iş təcrübəsi; MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Analitik düşünmə, danışıqlar aparma və təqdimat bacarıqları; Komanda ilə işləmək və liderlik qabiliyyəti. Vəzifə öhdəlikləri: Təchizat proseslərinin idarə olunması və komanda işinin təşkili; Tədarükçülərin araşdırılması, seçilməsi və effektiv əməkdaşlıq münasibətlərinin qurulması; Müqavilələrin bağlanması, icrasında olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi; Sifariş olunan malların vaxtında və tələblərə uyğun şəkildə təhvil alınmasının təmin edilməsi; Tələb edilən hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Mövcud proseslərin təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi. İş şərtləri və üstünlüklər: Rəqabətli əmək haqqı (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən edilir); İllik bonus sistemi, karyera inkişafını dəstəkləyən təlim və inkişaf proqramlarında iştirak imkanı; Stabil və inkişaf yönümlü şirkətdə uzunmüddətli əməkdaşlıq perspektivi; İş qrafiki: 5 günlük iş həftəsi (09:00–18:00); İş yeri: Əhməd Rəcəbli 276/ yeni Elçin Əfəndiyev küçəsi (Elit Ticarət Mərkəzinin yaxınlığı) Mövzu hissəsinə “Təchizat üzrə menecer” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsi boş olan cv-lərə baxılmayacaq. e-mail: Ilhama.Aliyeva@lls.az