Yüklənir...
Местоположение: Bakı
MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi »nin Azərbaycan Respublikasındakı Filialı “MEP üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan edir: Vəzifə öhdəlikləri Tikinti layihələri çərçivəsində MEP sistemlərinin (mexaniki, elektrik və santexnika) icrasına ümumi texniki nəzarətin təmin edilməsi; HVAC sistemləri üzrə optimal texniki həllərin işlənməsi və sahədə tətbiqinə nəzarət; Elektrik sistemlərinin layihələrinin təhlili, uyğunluğunun yoxlanılması və icra prosesinə nəzarət; Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsində iştirak və texniki dəstəyin göstərilməsi; Texniki çertyojların hazırlanması və mövcud layihələrin yenilənməsi (AutoCAD və s.) Memarlıq və digər mühəndislik bölmələri ilə sıx koordinasiya, uyğunsuzluqların aradan qaldırılması; Şantiyədə görülən işlərin layihə sənədlərinə uyğunluğunun yoxlanılması və nəzarəti; Podratçı və subpodratçıların iş prosesinin idarə olunması və performansının qiymətləndirilməsi; Texniki problemlərin operativ şəkildə müəyyən edilməsi və effektiv həll yollarının təqdim olunması; Layihə üzrə istifadə olunacaq material və avadanlıqların seçilməsi və təsdiqi; proqramına uyğun olaraq layihənin icra müddətinə nəzarət; Hesabatların, aktların və texniki sənədlərin hazırlanması; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət; Enerji səmərəliliyinin artırılması və sistemlərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Tələblər: Mühəndislik sahəsi üzrə ali təhsil (mexanika, elektrik, energetika və ya əlaqəli ixtisaslar) MEP sistemləri üzrə (HVAC, elektrik və santexnika) minimum 3-5 il iş təcrübəsiv; Tikinti sahəsində (şantiye) real iş təcrübəsinin olması; Layihə sənədləri, texniki çertyojlar və spesifikasiyalarla işləmə bacarığı; AutoCAD proqramında sərbəst işləmə, digər mühəndislik proqramlarının biliyi üstünlükdür; Yerli və beynəlxalq standartlar (SNIP, NFPA, IEC və s.) haqqında bilik; Texniki problemləri analiz etmə və operativ qərarvermə qabiliyyəti; Podratçı və subpodratçılarla işləmə və koordinasiya təcrübəsi; Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür; Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma; İş şərtləri və təminatlar: İş qrafiki: Həftədə 6 iş günü, şənbə günü qısaldılmış iş rejimi; Könüllü tibbi həyat sığortası; Korperativ mobil nömrə; Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir) İş yeri ünvanı - Bakı şəhəri Səməd Vurğun 43 World Business Center; Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “MEP üzrə mühəndis ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.