Satınalma üzrə böyük mütəxəssis - Matanat A

Местоположение: Bakı

İşin təsviri: İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır; Ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırmaqla həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir; Xarici ölkədən alınmış malların Azərbaycan Respublikası ərazisinə daşınmasını, Azərbaycan Respublikasının gömrük sərhədində rəsmiləşdirilməsini və işəgötürənin müvafiq anbarlarına təhvil verilməsini təşkil edir; Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirləri görür; Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir; Daxili və xarici tədarükçülərin seçimi və qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə tədarük edilən məhsul və xidmətlərin vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması; Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması; Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi; Yerli bazarın monitorinqini aparmaq; bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq; İstehsalçı fabrikalardan qiymətlərin alınması, müqayisəsinin çıxarılması; istehsalçı fabrika ilə müqavilələrin bağlanması. Tələblər:   Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə). İş təcrübəsi: müvafiq sahədə minimum 3 il; Kompüter biliyi: MS Office proqramları, 1C 8.3; Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;     İş şəraiti: İş saatı: 09:00-dan 18:00-dək; İstirahət: Şənbə və bazar günü; İş yeri: Luxen Plaza. Biz nə təklif edirik:  Rəqabətli əmək haqqı; Şəhərin mərkəzində ofis; Peşəkar inkişaf üçün təlimlər və seminarlar; Dinamik və gənc komanda ilə iş imkanı.   Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olub CV ilə müraciət etməyiniz xahiş olunur.