Yüklənir...
Местоположение: Bakı
Medicom Orthopedy komandamıza məsuliyyətli və öyrənməyə həvəsli Ortoped Texnik Köməkçisi axtarır. Vəzifə öhdəlikləri: Ortoped texnikə gündəlik iş prosesində kömək etmək; Ortez və protezlərin hazırlanması prosesində iştirak etmək; Materialların hazırlanması və iş sahəsinin səliqəli saxlanılmasını təmin etmək; Pasiyentlərin qəbul və ölçü prosesində texnikə dəstək göstərmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə tələblər: Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq; Fiziki işləməyə uyğun olmaq; Tibbi sahədə və ya texniki iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək (təcrübə mütləq deyil). Biz təklif edirik: Peşəkar və mehriban kollektiv; Praktiki təlim və inkişaf imkanı; Müasir texnologiyalarla işləmək imkanı; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Əməkhaqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək. Xarici ölkədə təlim və işləmək imkanı. İş yeri: Medicom Orthopedy Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 055 100 69 75 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərlər.