İnsan Resursları üzrə mütəxəssis - MER Group

Местоположение: Bakı

Зарплата: 1000

İş şəraiti: İş yeri: Gumush Plaza İş qrafiki: Həftənin 5 günü İs saatı: 09:00-18:00 Əmək haqqı: 1000 AZN  Azərbaycan Respublikası Əmək Qanunvericiliyə əsasən rəsmiləşdirilmə; ​​​​​​​Vəzifə Öhdəlikləri: Əmək qanunvericiliyinə uyğun sənədləşmə: İşçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə keçirilməsi, ezamiyyət və məzuniyyət əmrlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun hazırlanması; 1C Proqramı ilə iş: Bütün kadr kargüzarlığı proseslərinin 1C (8.3 versiyası) proqram təminatına vaxtında və xətasız daxil edilməsi; E-hökumət portalı: Əmək müqaviləsi bildirişlərinin E-sosial.az (ƏMAS) portalında qeydiyyata alınması, xitam verilməsi və dəyişikliklərin edilməsi; Şəxsi işlərin aparılması: İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin tamlığına nəzarət edilməsi və arxivləşdirilməsi; Əmək kitabçaları: Qorunub saxlanılması (və ya elektron qaydada izlənilməsi); Tabel uçotu: İş vaxtının uçot tabelinin tərtib edilməsi, işçilərin davamiyyətinə və bülletenlərə nəzarət; Arayış və hesabatlılıq: İşçilərin müraciəti əsasında iş yerindən arayışların hazırlanması və HR menecerə dövri hesabatların təqdim edilməsi. ​​​​​​​Namizədə dair tələblər: Təhsil: Ali təhsil  Təcrübə: HR sahəsində minimum 2 il iş təcrübəsi; Proqram bilikləri: 1C (mütləqdir); MS Office (xüsusilə Excel); E-hökumət portallarından sərbəst istifadə bacarığı. Qanunvericilik bilikləri: Azərbaycan əmək qanunvericiliyini bilmək Bacarıqlar: Detallara diqqətlilik, məsuliyyətlilik və konfidensiallığı qorumaq bacarığı.  Korporativ etik qaydalar və işçi münasibətləri CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və ya nömrə ilə əlaqə saxlayın Əlaqə: 051 929 55 11 (Yalnız WhatsApp) | Aygul.Abbasova@mergroup.az