Местоположение: Bakı
İşin təsviri Şirkətin sosial media platformalarının (Instagram, Facebook, LinkedIn, TikTok və s.) idarə olunması və inkişaf etdirilməsi; Aylıq və həftəlik kontent planlarının hazırlanması, icrasının təmin edilməsi və nəticələrinin izlənilməsi; Kreativ post, stori, reels və video məzmun ideyalarının hazırlanması; Sosial media platformalarında reklam kampaniyalarının hazırlanması, Meta Ads Manager vasitəsilə idarə edilməsi, optimallaşdırılması və nəticələrinin təhlil edilməsi; Sosial media platformalarında auditoriya ilə operativ və peşəkar ünsiyyətin qurulması, daxil olan müraciətlərin cavablandırılması; Sosial media göstəricilərinin (reach, engagement, conversion və s.) təhlili, hesabatların hazırlanması və inkişaf istiqamətləri üzrə təkliflərin verilməsi; Sosial media trendlərinin və rəqəmsal marketinq yeniliklərinin davamlı izlənilməsi, əldə olunan məlumatların şirkətin marketinq strategiyasına uyğun tətbiq edilməsi; Süni intellekt (AI) alətlərindən (məsələn, ChatGPT, Canva AI, Midjourney və digər müvafiq platformalar) kontent yaradılması, ideya formalaşdırılması və iş proseslərinin optimallaşdırılması məqsədilə səmərəli istifadə edilməsi. Tələblər Ali təhsil; SMM sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür; Meta Business Suite, Meta Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmək bacarığı; Süni intellekt (AI) alətləri haqqında biliklərə malik olmaq və bu alətləri kontent yaradılması, marketinq proseslərinin optimallaşdırılması və işin səmərəliliyinin artırılması məqsədilə tətbiq etmək bacarığı; Analitik düşüncə, kreativ yanaşma və güclü ünsiyyət bacarıqları; Komandada işləmək, vaxtın effektiv idarə olunması və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı İş şərtləri 5 günlük iş həftəsi; Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.