Местоположение: Bakı şəhəri
Əsas vəzifə öhdəlikləri: İT infrastrukturunun (serverlər, şəbəkə, sistemlər) fasiləsiz və təhlükəsiz fəaliyyətinə nəzarət; Proqram təminatlarının və informasiya sistemlərinin tətbiqi, idarə olunması və optimallaşdırılması; İnformasiya təhlükəsizliyi siyasətinin icrasına nəzarət; İT layihələrinin planlaşdırılması, icrası və monitorinqi; İT komandasının fəaliyyətini istiqamətləndirmək, inkişaf etdirmək və qiymətləndirmək; Daxili sənədlərin, hesabatların və analitik təhlillərin hazırlanması. Vakansiya üzrə əsas tələblər: Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə); Maliyyə xidmətləri sektorunda (bank, bank olmayan kredit təşkilatı, investisiya və ya sığorta şirkəti və s.) iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.); Şəbəkə texnologiyaları, server sistemləri və əməliyyat sistemləri üzrə biliklər; İngilis dili biliyi yaxşı səviyyədə; Beynəlxalq sertifikatların olması üstünlükdür. Tələb olunan digər bilik və bacarıqlar: Liderlik və komanda işləmə bacarığı; Analitik düşüncə və problemlərin operativ həll qabiliyyəti; Planlama və qərarvermə bacarığı; Kommunikasiya və təqdimat bacarıqları; Diqqətlilik, məsuliyyətlilik, çeviklik İş şəraiti İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək. İş yeri ünvanı: Xətai Plaza. Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət maili hr@mfx.az