Ticarət və İnvestisiya Xidmətləri şöbəsinin meneceri - MFX-Trading

Местоположение: Bakı

Vakansiya üzrə əsas tələblər: Ali təhsil (Maliyyə, İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları və oxşar sahələr arzuolunandır); Maliyyə bazarları haqqında nəzəri və praktiki biliklər Təşəbbüskarlıq; Analitik düşüncə tərzi; Yaxşı səviyyədə ingilis dili biliyi (rus dili biliyi arzuolunandır); MS Office proqramları üzrə biliklər; Rəqəmlərlə və sənədlərlə işləyən zaman dəqiqlik; Verilən tapşırıqların icrasına sistemli yanaşma (tapşırıqları vaxtında və keyfiyyətli icra etmək və s.); Qiymətli kağızlar bazarında fəaliyyət üçün ixtisas şəhadətnamələri Namizəd aşağıdakı bilik və bacarıqlara sahib olmalıdır: Müştərilərə marja ticarəti və digər investisiya xidmətlərini icra etmək təcrübəsi və bacarığı.  KYC/AML qanunvericiliyinin tələblərini bilmək və tətbiq etmə təcrübəsi və bacarığı.  Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən və etibarlılıq müddəti bitməyən A1, B1 ixtisas şəhadətnamələrinə malik olmaq.  Ticarət platformaları üzrə istifadəçilərə funksional dəstək vermək.  Müştərilərdən daxil olan sorğu və müraciətləri operativ şəkildə cavablandırmaq. İş şəraiti İş qrafiki:  Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək. Əmək haqqı: Müsahibə əsasında. Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına  vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.  Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.