Местоположение: Bakı
Vəzifə öhdəlikləri Şirkətin marketinq strategiyasının hazırlanması; Marketinq kampaniyalarının planlaşdırılması və koordinasiyasını həyata keçirmək; Bazar araşdırmaları aparmaq, rəqib fəaliyyətini təhlil etmək və hesabatlar hazırlamaq; Müştəri ehtiyaclarını araşdırmaq və yeni bazar imkanlarını müəyyənləşdirmək; Brendin tanıtımı istiqamətində marketinq tədbirlərinin təşkili və icrasını təmin etmək; Sərgi, konfrans, təqdimat və digər korporativ tədbirlərin təşkilində iştirak etmək; Reklam və çap materiallarının (broşür, kataloq, buklet, banner və s.) hazırlanmasını koordinasiya etmək; Tərəfdaşlarla, reklam agentlikləri və təchizatçılarla əməkdaşlıq etmək; Marketinq büdcəsinin icrasında iştirak etmək və xərclərə nəzarət etmək; Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışın artırılmasına yönəlmiş marketinq fəaliyyətlərini həyata keçirmək; Müştəri məmnuniyyəti və brend tanınırlığının artırılması istiqamətində təkliflər hazırlamaq; Marketinq fəaliyyətlərinin nəticələrini analiz etmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək. Tələblər Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil; Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə; Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı; Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə; Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı; Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür); MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək; Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması. Reklam kompaniyaları haqqında anlayış; İş şəraiti Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə; İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .