Yüklənir...
Местоположение: Bakı
“MINT Services” MMC “Aqronom” vakansiyası elan edir. Vəzifə öhdəlikləri: Dekorativ bitkilərin becərilməsi, inkişafı və sağlamlığının qorunması üçün aqrotexniki tədbirləri həyata keçirmək; Bitkilərin suvarılmasını planlaşdırmaq, suvarma sisteminə nəzarət etmək və su ehtiyatlarından səmərəli istifadəni təmin etmək; Torpaq və bitki analizlərinin nəticələrinə əsasən gübrələmə və qidalanma proqramlarını hazırlamaq və tətbiq etmək; Dekorativ bitkilərdə rast gəlinən xəstəlik, zərərverici və alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərini həyata keçirmək, zərurət yarandıqda funqisid, insektisid və herbisidlərdən düzgün istifadə etmək; Bitkilərin vegetasiya mərhələlərinə uyğun budama, formalaşdırma, bəsləmə və digər qulluq işlərini təşkil etmək; Mövsümə, torpaq və iqlim şəraitinə uyğun dekorativ bitki, ağac, kol və gül növlərinin seçilməsi, əkilməsi və köçürülməsini təmin etmək; Ting və dekorativ bitki materiallarının keyfiyyətinə nəzarət etmək, onların saxlanılması və inkişafını izləmək; Yaşıllaşdırma layihələrinin həyata keçirilməsində iştirak etmək, bitkilərin estetik görünüşünün qorunmasını təmin etmək; İstifadə olunan texnika, avadanlıq və materiallardan səmərəli istifadəni təmin etmək. Namizəddə tələblər: Aqronomiya, Bağçılıq, Landşaft Memarlığı və ya digər müvafiq ixtisas üzrə ali təhsil; Dekorativ bitkilər, yaşıllaşdırma və ya landşaft sahəsində minimum 2-3 il iş təcrübəsi; Dekorativ ağac, kol, gül və mövsümi bitkilərin becərilməsi, qulluq qaydaları və xəstəlikləri barədə biliklər; Gübrələmə, suvarma sistemləri və bitki mühafizəsi vasitələrindən istifadə üzrə praktiki təcrübə; Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı; Qərarvermə, planlaşdırma və komanda ilə işləmə bacarığı; MS Office proqramlarından istifadə bacarığı üstünlükdür. Təminatlar: Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə Ünvan: Bakı şəhəri, Koroğlu və Ulduz m/st arası İş qrafiki: 6 günlük Əmək haqqı: 1200 AZN Uyğun namizədlər öz CV-lərini “Aqronom” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.