Местоположение: Bakı
Mint Services MMC “Təmizlik işləri üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir: Vəzifə öhdəlikləri: Tabeçiliyində olan təmizlik heyətinin işini təşkil etmək, iş bölgüsünü aparmaq və gündəlik fəaliyyətinə nəzarət etmək; Təmizlik işlərinin müəssisənin standartlarına və sanitariya-gigiyena qaydalarına uyğun icrasını təmin etmək; Təmizləyici vasitələrin, avadanlıqların və inventarın səmərəli istifadəsinə, təchizatına və düzgün saxlanılmasına nəzarət etmək; Təmizlik işlərinin keyfiyyətini yoxlamaq, aşkar edilmiş çatışmazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək; İşçilərin davamiyyətinə, əmək intizamına və iş qrafikinə nəzarət etmək; Zərurət yarandıqda işçi heyətinə dəstək göstərmək və iş prosesinin fasiləsizliyini təmin etmək; Təmizliklə bağlı material sərfiyyatı və görülən işlər barədə rəhbərliyə mütəmadi məlumat vermək; Tədbirlər və xüsusi hallarda təmizlik işlərinin vaxtında və keyfiyyətli təşkilini koordinasiya etmək. Namizədə dair tələblər: Təmizlik işlərinin təşkili və idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi; Təmizlik vasitələri, kimyəvi maddələr və peşəkar təmizlik avadanlıqlarından düzgün və təhlükəsiz istifadə qaydalarını bilmək; Xarici dil biliyi üstünlükdür Bəy namizədlərə üstünlük verilir. Yüksək təşkilatçılıq, məsuliyyətlilik, intizam və operativ qərarvermə bacarığı; Vaxtın düzgün idarə olunması və eyni vaxtda bir neçə iş prosesini koordinasiya etmək bacarığı; Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi bacarığı; Təminatlar: Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə İş qrafiki: 6 günlük, dəyişkən qrafik İş yeri: Bakı şəhəri, Dəniz Mall Ticarət mərkəzi Əmək haqqı: 857 AZN Uyğun namizədlər öz cvlərini “Təmizlik işləri üzrə nəzarətçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.