Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Ofisin və iş mühitinin fasiləsiz fəaliyyətinin təmin edilməsi; Ofisin təmir, texniki xidmət və kommunal təminatının təşkil edilməsi; Təmizlik, iaşə və ümumi xidmət heyətinin işinin təşkili və koordinasiyası; Ezamiyyə, viza, yerləşmə və səfər logistikasının təşkili; Qonaqların və xarici nümayəndə heyətlərinin qəbulunun təşkili; Nəqliyyat vasitələrinin, sürücülərin və yanacaq təminatının koordinasiyası; İlkin texniki dəstək müraciətlərinin əlaqələndirilməsi; Xidmət təminatçılarının və inzibati müqavilələrin koordinasiyası; Kuryer və göndəriş xidmətlərinin təşkili; Arxiv işlərinin təşkili və sənədlərin sistemləşdirilməsi; Korporativ tədbirlərin, sərgi və nümayəndəlik fəaliyyətlərinin inzibati-logistik təminatının təşkili; İnzibati büdcənin və xərclərin təşkili; Təhlükəsizliyin, fəaliyyətin davamlılığının və fövqəladə hallara hazırlığın təmin edilməsinin təşkili; İnzibati proseslərin optimallaşdırılması və iş mühitinin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi. Səriştə və kvalifikasiya tələbləri: Təhsil : Ali təhsil. Təcrübə : Ofis inzibatçılığı, viza və səfərlərin təşkili, logistika və ya əlaqəli sahələr üzrə iş təcrübəsi. Bilik və bacarıqlar: İnzibati proseslərin təşkili və koordinasiyası; Logistika və təchizat proseslərinin koordinasiyası; Xidmət təminatçıları və inzibati müqavilələrlə iş; Ezamiyyə, səfər və qonaq qəbulunun təşkili; Büdcə və inzibati xərclərin idarə olunması; Əməyin mühafizəsi, təhlükəsizlik və işgüzar protokol üzrə biliklər; MS Office proqramlarında işləmək bacarığı. Şəxsi keyfiyyətlər: Hesabatlılıq və məsuliyyətlilik; Operativlik və detallara diqqət; Yazılı və şifahi ünsiyyət bacarıqları; Planlaşdırma və təşkilatçılıq; Təşəbbüskarlıq və problem həlletmə; Koordinasiya və komanda ilə işləmək bacarığı; Stressə davamlılıq və çeviklik; Keyfiyyət fokusluluq və işgüzarlıq. Dil bilikləri: Azərbaycan dili – səlis; Rus dili – yazılı və şifahi peşəkar səviyyədə; İngilis dili – biliklər üstünlükdür. İş yeri və əmək şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat); İş şəraiti: Ofis mühiti, normal əmək şəraiti; Ezamiyyət: Tələb olunduqda. Əmək haqqı və təminatlar: Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq rəqabətədavamlı səviyyədə müəyyən ediləcək; Əlavə inkişaf imkanları təqdim olunur. CV-lərinizi mövzu hissəsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.