Yüklənir...
Местоположение: Bakı
Peşəkar komandamıza rəhbərliyin gündəlik fəaliyyətinə dəstək göstərəcək, yüksək təşkilatçılıq bacarıqlarına malik Executive Assistant axtarırıq. Namizədə tələblər: Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi – mütləqdir Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis və rus dili biliyi tələb olunur.- mütləqdir MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək – mütləqdir Güclü ünsiyyət, planlama və koordinasiya bacarıqları Məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı Operativ, məsuliyyətli və detallara diqqətli olmaq Əsas vəzifələr: Rəhbərin iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması; Rəsmi yazışmaların və biznes korespondensiyasının idarə olunması; Hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması; Daxili və xarici tərəfdaşlarla effektiv koordinasiyanın təmin edilməsi; Rəhbərliyin inzibati və təşkilati işlərinə tam dəstək göstərilməsi. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Executive Assistant" başlığı ilə göndərə bilərlər. Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.