Keyfiyyətə Zəmanət üzrə Mütəxəssis / QA Specialist - Modern Construction Group

Местоположение: Bakı

Əsas vəzifələr: Tikinti işlərinin keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi; Keyfiyyətə zəmanət prosedurlarının hazırlanması və tətbiqinə nəzarət; Layihə və texniki sənədlərin yoxlanılması; Keyfiyyət göstəricilərinin monitorinqi və hesabatların hazırlanması; Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin koordinasiyası; Podratçı və subpodratçıların işlərinin keyfiyyət tələblərinə uyğunluğuna nəzarət. Namizədə tələblər: Ali təhsil (mühəndislik, tikinti və ya əlaqəli ixtisas); Keyfiyyətə zəmanət / keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi ; Tikinti sektorunda iş təcrübəsi; ISO standartları və keyfiyyət idarəetmə sistemləri üzrə bilik; MS Office proqramlarında yaxşı istifadə bacarığı; Analitik düşüncə və yüksək məsuliyyətlilik; İngilis və rus dilləri biliyi arzuolunandır. Xanım namizədə üstünlük verilir. İş yeri: Ələt azad iqtisadi zona Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .