Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Tikinti obyektləri üçün material və avadanlıqların logistikasının təşkil edilməsi; Daşımaların planlaşdırılması və nəqliyyat vasitələrinin koordinasiyası; Təchizatçılar və podratçılarla əlaqələrin idarə olunması; Anbar ehtiyatlarının uçotu və material axınının optimallaşdırılması; Logistika xərclərinin analizi və optimallaşdırılması yollarının hazırlanması; Daşınma sənədlərinin (faktura, waybill, sifariş formaları və s.) düzgün tərtibinə nəzarət; Tikinti sahələrinə materialların vaxtında çatdırılmasına nəzarət; Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər: Ali təhsil (müvafiq sahələr üzrə – logistika, iqtisadiyyat, mühəndislik və s. üstünlükdür); Logistika və ya təchizat sahəsində minimum 5 il iş təcrübəsi (tikinti sektorunda təcrübə mütləqdir); Yerli və beynəlxalq daşımalar, gömrük və logistika prosedurları haqqında biliklər; MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel); Güclü təşkilatçılıq və analitik düşünmə qabiliyyəti; Komanda ilə işləmək və vaxtın idarə olunması bacarığı; Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı üstünlükdür. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Logistika üzrə mütəxəssis Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.