Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək Anbar sayımı və stok nəzarətini həyata keçirmək Namizədə tələblər: Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə) İstehsalat, tikinti və sənaye sahəsində minimum 3 il iş təcrübəsi Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı MS Office ( Excell-yüksək səviyyədə) Yaş həddi: 25-35 Satış və anbar arasındakı koordinasiyasını bilməli Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı Texniki Bacarıqlar: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri Azərbaycan Respublikası Vergi Məcəlləsi Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mal-material üzrə mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.