Qazma Ustası (Toolpusher) - Modern Engineering Bureau of Azerbaijan

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Qazma meydançasında gündəlik əməliyyatlara və işçi heyətinin fəaliyyətinə rəhbərlik etmək;  Qazma əməliyyatlarının təsdiq edilmiş proqramlara, prosedurlara və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək;  Quyunun vəziyyətini və əməliyyat parametrlərini izləmək, yaranan texniki problemlərlə bağlı operativ tədbirlər görmək;  İşlərin növbələr üzrə düzgün təhvil-təslimini və gündəlik əməliyyat məlumatlarının dəqiq aparılmasını təmin etmək;  Qazma briqadası və xidmət şirkətlərinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, işlərin icrasına nəzarət etmək;  Avadanlıqların, boruların, materialların və ehtiyat hissələrinin əməliyyatlar üçün hazır vəziyyətdə olmasını təmin etmək;  Quyuya endirilən boruların, avadanlıqların və digər komponentlərin dəqiq uçotunun aparılmasına nəzarət etmək;  Preventor və digər quyuya nəzarət avadanlıqlarının yığılması, sökülməsi və təzyiq sınaqlarının təhlükəsiz aparılmasını təmin etmək;  İşə icazə sistemi, risklərin qiymətləndirilməsi və işqabağı təhlükəsizlik toplantılarının tələblərinə riayət olunmasına nəzarət etmək;  Gündəlik əməliyyat və texniki hesabatların hazırlanmasında iştirak etmək;  İşçilərin SƏTƏM, nizam-intizam və ekoloji tələblərə riayət etməsini təmin etmək;  Təhlükəli işləri dayandırmaq və aşkar edilmiş risklər barədə rəhbərliyi məlumatlandırmaq;  Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.  Namizədə tələblər Müvafiq texniki sahə üzrə bakalavr, magistr və ya ekvivalent təhsil;  Qazma sahəsində və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi ;  Qazma və quyuya nəzarət əməliyyatları üzrə praktiki biliklər;  SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və işə icazə sistemi üzrə biliklər;  Briqadanı idarə etmək, iş bölgüsü aparmaq və operativ qərar vermək bacarığı;  Texniki və gündəlik əməliyyat hesabatlarını hazırlamaq bacarığı;  MS Office proqramlarından istifadə bacarığı;  İngilis dili biliyi arzuolunandır;  Well Control sertifikatının olması üstünlükdür;  Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı;  Liderlik, ünsiyyət, problem həll etmə və məsuliyyətlilik bacarıqları. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M üraci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .