Qrup Rəhbəri (Problemli Kreditlər üzrə) - NBCO KredAqro

Местоположение: Bakı şəhəri,

“KredAqro” BOKT MMC  Problemli Kreditlər üzrə Qrup Rəhbəri vakansiyasına işçi axtarışı elan edir. Vəzifə və öhdəliklər: Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu. KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı. İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi. Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər). Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi. Tələblər: Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi. Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması. İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq. Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s. Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı. Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək. Rus dilini mükəmməl bilməsi vacibdir. Şəxsi keyfiyyətlər: Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan. Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən. Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir. Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən. Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran. İş şəraiti: İş qrafiki: (Bazar ertəsi - Cümə, 10:00-19:00, 2/2 növbəli sistemə keçid mümkün ola bilər) Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə)  Müraciət et  düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Qrup Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.  Müraciət maili   recruitment@kredaqro.az