Ofis işləri və Hesabatlar üzrə Köməkçi - Norm Beton LLC

Местоположение: Bakı

Hazırda şirkətimizə  Ofis işləri və Hesabatlar üzrə Köməkçi vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Balaxanıda yerləşən Beton zavodu Tələblər: Tam ali təhsil;  Əlaqəli sahə üzrə ən azı 0-1 il iş təcrübəsi; Müştəriyönümlülük; Davamlı inkişaf; Keyfiyyət yönümlülük, Bütövlük, İngilis dili, MS Office komputer proqramı üzrə bacarıqlar. Vəzifə və Öhdəliklər: Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir; Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır; Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi, saxlanılması və əlaqəli şöbələrə yönləndirilməsi; Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə  ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi; Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi; Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi; Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması; Jurnalda müvafiq qeydlərin aparılması; Sənədlərin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı; Şirkət rəhbərliyi, qonaqlar və digər rəsmi şəxslərlə olan görüşlərdə iclasların təşkili, müvafiq qida (su, çay, yemək və s.) təminatının təşkil edilməsi; APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi; Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.