Местоположение: Bakı
Hazırda şirkətimizə Dispetçer vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev.7-ci km 1 Tələblər: Ali və ya orta texniki təhsil; Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi; Müştəriyönümlülük; Davamlı inkişaf; Keyfiyyət yönümlülük, Bütövlük. Vəzifə və Öhdəliklər: Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərliyə məlumat vermək; Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək; Yanacaq sərfi haqqında hesabatları hazırlamaq; Qaimə hesabatlarını office proqramlarında işləmək; Optimal marşrut xətlərinin hazırlanması və yüklərin doğru ünvana çatdırılmasını təmin etmək; Sürücülərdən alınan məlumatları məsul şəxsə məlumat vermək; Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi; Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət; Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılması; Sürücülərin maarifləndirilməsi üçün (nəqliyyatın daha səmərəli idarə edilməsi haqqında) təlim və tədrislərin təşkilini tələb etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.