İT üzrə Sistem Administratoru - Norm OJSC

Местоположение: Bakı

Hazırda şirkətimizə İT üzrə Sistem Administratoru axtarırıq. Əsas vəzifə və öhdəliklər: Microsoft 365 (Exchange Online, Teams, SharePoint) xidmətlərinin idarə edilməsi; Hibrid Exchange mühitinin dəstəklənməsi (on-premises və buludda); İstifadəçi hesabları, icazələr və siyasətlər daxil olmaqla Active Directory-inin idarə edilməsi; Virtual infrastrukturun (VMware / VxRail) qorunması və dəstəklənməsi; Sistemin performansının, mövcudluğunun və tutumunun izlənilməsi; Sistem və xidmət insidentlərinin aşkar edilməsi və aradan qaldırılması; Help Desk komandası ilə əməkdaşlıq edərək eskalasiya olunmuş və mürəkkəb istifadəçi problemlərinin (L2/L3 səviyyəsi) vaxtında həll edilməsi; Kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi və saxlanmasına dəstək verilməsi, o cümlədən MFA konfiqurasiyası və endpoint-in qorunması (EDR); VPN, firewall və Wi-Fi daxil olmaqla şəbəkə infrastrukturunun idarə edilməsi və problemlərin aradan qaldırılmasına dəstək verilməsi; Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq; Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. Tələblər:   İT və ya əlaqəli sahə üzrə ali təhsil Sistem administrasiyası sahəsində minimum 3–5 il iş təcrübəsi Microsoft 365 (Exchange Online, Teams) və Active Directory üzrə təcrübə GPO, Microsoft Entra ID (Azure AD) və hibrid identifikasiya (on-prem + cloud) üzrə biliklər MFA və identifikasiya təhlükəsizliyi siyasətləri üzrə təcrübə Windows Server administrasiyası və virtuallaşdırma platformaları (VMware üstünlükdür) üzrə biliklər TCP/IP, DNS, DHCP, VPN üzrə praktiki biliklər Routing, switching və Cisco şəbəkə avadanlıqları ilə iş təcrübəsi Şəbəkə problemlərinin diaqnostikası və aradan qaldırılması bacarığı Girişə nəzarət, istifadəçi səlahiyyətləri və endpoint təhlükəsizliyi (EDR) üzrə anlayış Email təhlükəsizliyi riskləri barədə məlumatlılıq Əla səviyyədə ingilis dili  Rus dili biliyi üstünlükdür Tələb olunan kompetensiyalar Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik İmtiyazlar Könüllü tibbi siğorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.