Yüklənir...
Местоположение: Bakı şəhəri
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower Tələblər: İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi İngilis dili biliyi MS Office proqramlarında işləmək bacarığı Sement və beton istehsalı üzrə texniki biliklər Bazarın təhlili və araşdırılması üzrə təcrübə Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər Sənaye standartları haqqında məlumatlılıq Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorlarla müntəzəm olaraq əlaqələrin saxlanması; Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi; Müştərilər, pərakəndə satıcılarla müqavilələrin monitorinqi; Müştəri kreditlərinin, pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi; Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi; Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm olaraq rəylərin toplanması; Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması; Müştərilərin, pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması; Korporativ və potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi; NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması; Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi; Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq; Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. Biz nə təklif edirik: Könüllü tibbi siğorta Nəqliyyat Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Müraciət maili hr@norm.az