Yüklənir...
Местоположение: Bakı
Hazırda şirkətimizə Yük avtomobili sürücüsü (kran operatoru) vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1 Tələblər: İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin istismarı üzrə təlimatlara, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; Sürücülük vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi; B, C kateqoriyaları üzrə sürücülük vəsiqəsi; Kranla istifadəyə uyğun sertifikat; Şəhər ərazilərində yaşaması üstünlükdür. Vəzifə və Öhdəliklər: Nəqliyyat vasitəsinin istehsalçı müəssisəsi tərəfindən müəyyən olunmuş istifadə qaydalarına riayət etməli; Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə təmir məntəqəsinə aparmalı və təmir olunduqdan sonra istifadə etməli; Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idarə olunması (yanacaq daşıyan və kran səbət avtomobilinin idarə olunması); Müvafiq icra hakimiyyəti orqanından tələb olunan təhsilin və icazə sertifikatının olması; Nəqliyyat vasitəsini istifadə etdiyi zaman avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli; Yüklərin lazımi məntəqəyə çatdırılmasını zamanında təmin etməli; Avtomobilin lazımi mayelərlə (yanacaq, yağ, antifriz və s.) vaxtlı-vaxtında təmin olunmasına nəzarət etməli; Nəqliyyat vasitəsinin istifadədən öncə müəyyən olunan qaydada yoxlanılması; Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirməli, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, nəqliyyat vasitəsi təmir olunmamış yola çıxmamalı; Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar. Maraqlanan namizədlər CV-lərini 'Müraciət et' bölməsindəki elektron poçt ünvanına, mövzu hissəsində 'Jooble.az vakansiyalar – Yük avtomobili sürücüsü (kran operatoru)' qeyd etməklə göndərə bilərlər. e-mail: hr@norm.az