Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton, incə işlər) - North West

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Dəmir-beton, fit-out və infrastruktur işləri üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması və smetaların hazırlanması  Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi və təhlili  Aşkar olunmuş fərqlərin müəyyən edilməsi, səbəblərinin araşdırılması və zəruri düzəlişlərin aparılması  Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yerində və sənəd üzrə yoxlanılması  Sertifikatlar və icra sənədləri əsasında həcmlərin düzgünlüyünün təsdiqlənməsi  Həcm cədvəllərinə uyğun çertyojların hazırlanması, yenilənməsi və layihə sənədlərinə əlavə edilməsi  Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların operativ şəkildə korrektə edilməsi  Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması  Layihə komandası, dizayn və sahə mühəndisləri ilə koordinasiyanın təmin edilməsi  İş prosesində səmərəliliyin artırılması və risklərin minimallaşdırılması üçün təkliflərin verilməsi  Tələblər: Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)  Minimum 5 il tikinti layihələrində, xüsusilə həcm və smeta üzrə iş təcrübəsi  AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı  Tikinti işləri, materiallar və texnologiyalar üzrə güclü praktiki bilik  Smeta tərtibi və həcmlərin hesablanması üzrə dərin anlayış  Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik  Komandada işləmək və effektiv kommunikasiya bacarığı  Təzyiq altında işləmək və vaxtında nəticə əldə etmək bacarığı Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına  “Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton) başlığı ilə göndərməklə edə bilərsiniz.