Местоположение: Bakı
Vəzifə öhdəlikləri: İş yerində əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət etmək; İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək; SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək; Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək; SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək; Iayihələrin, qurğuların vı avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək; Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək; İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək; Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq. Tələblər: Ali texniki təhsil; SƏTƏMM üzrə minimum 3 il iş təcrübə; FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir). Maraqlanan namizədlərdən CV-ni "SƏTƏMM üzrə Mütəxəssis" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçt ünvanlarına göndərməkləri xahiş olunur.