Местоположение: Füzuli şəhəri
Vəzifə öhdəlikləri: Geodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir; Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir; Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir; Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır; Vəzifə tələbləri: Coğrafiya, geodeziya və kartoqrafiya, xəritəçilik ixtisasında bakalavr və magistr dərəcəsində ali təhsil Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi; Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər; Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli; Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı ArcGIS ,QGis,Erdas,AutoCAD və s texnologiyalarında işləmək qabiliyyəti CİS sahəsində minimum 3 il iş təcrübəsi Xəritə məlumatlarının strukturunun pozulmaması şərti ilə mılumatların yenilənməsi qabiliyyəti Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı Namizədlər öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına təqdim etməlidilər. Müraciət məktubunun mövzu hissəsində “ Xəritə mühəndisi (Füzuli ş.) ” qeyd etməyiniz vacibdir. Müraciət maili cv@nwconstruction.com