Yüklənir...
Местоположение: Bakı
İşin təsviri: Daxili audit planının hazırlanmasında iştirak; Daxili audit fəaliyyətlərini təsdiq edilmiş plan və metodologiyaya uyğun təşkil və idarə etmək; Audit layihələrinin icrasını koordinasiya etmək, iş bölgüsünü təşkil etmək və keyfiyyətə nəzarət etmək; Audit yoxlamalarının nəticələrinə dair hesabatların hazırlanmasına nəzarət və aidiyyəti rəhbər şəxslərlə müzakirə aparmaq; Audit sənədlərinin tamlığına, düzgün tərtibatına və arxivləşdirilməsinə nəzarət etmək; Audit komandasını idarə etmək və peşəkar inkişafını dəstəkləmək; Zərurət yarandıqda xüsusi araşdırmalara rəhbərlik etmək; Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqini təşkil etmək; Daxili audit fəaliyyətini mövcud qanunvericilik, beynəlxalq standartlar və daxili prosedurlara uyğun həyata keçirilməsinə nəzarət etmək; Audit sahəsində yeni yanaşmaları, beynəlxalq təcrübələri izləmək və təkmilləşdirici təkliflər vermək; Zərurət olduqda Daxili audit rəhbərini şəxsi əvəz etmək və onun tərəfindən verilən digər tapşırıqlarını yerinə yetirmək. Tələblər: Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar); Audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi (FMCG və istehsalat sahələrində təcrübə üstünlükdür); Azərbaycan dilini əla bilmək (ingilis dili üstünlükdür); Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə bilmək (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür); Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür; Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər ; Qanunvericilik (vergi, əmək və s.) üzrə biliklər; Ezamiyyələrdə iştirak etmək imkanı; Liderlik, idarəetmə və strateji düşünmə bacarıqları; Vaxtın səmərəli idarə edilməsi və komanda ilə işləmək bacarıqları; Analitik təhlil, problemləri həll etmə və müşahidə bacarıqları; Yüksək yazılı və şifahi ünsiyyət bacarığı. İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00 – 18:00; Rəqabətli əməkhaqqı; Könüllü tibbi sığorta; Təlim və inkişaf imkanları. Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Audit Menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Müraciət maili career@totalbeverage.group