Yüklənir...
Местоположение: Bakı
Müəssisə: “ Qəbələ Konserv Zavodu” MMC İş yeri: Bakı şəhəri, Yasamal rayonu Vəzifə öhdəlikləri: Satınalma proseslərinin tələbin qəbulundan müqavilələrin bağlanması və məhsul/xidmətlərin vaxtında təhvil alınmasına qədər tam idarə olunması və nəzarətdə saxlanılması. Təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçilməsi, alternativ təchizatçı bazasının formalaşdırılması, qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması. Satınalma komandasının fəaliyyətinin koordinasiya edilməsi, iş bölgüsünün təşkil olunması, icra göstəricilərinin izlənilməsi və performansın qiymətləndirilməsi. Ehtiyat səviyyələrinin və material tələbatının təhlil edilməsi, təchizat risklərinin müəyyənləşdirilməsi və fasiləsiz təchizatın təmin olunması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi. Satınalma büdcəsinə nəzarət edilməsi, xərclərin optimallaşdırılması imkanlarının müəyyənləşdirilməsi, qənaət təşəbbüslərinin həyata keçirilməsi və müntəzəm hesabatların hazırlanması. Tələb: Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, Təchizat, Logistika və ya əlaqəli sahələr üzrə üstünlük verilir). Müvafiq sahə üzrə minimum 5 il Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus dili biliyi – yaxşı səviyyədə, İngilis dili orta səviyyədə MS Office proqramları, 1C və ERP sistemləri ilə işləmə bacarığı Əlavə tələb: Güclü danışıqlar aparmaq və maraqlı tərəflərlə düzgün ünsiyyət qurmaq bacarığı Analitik düşüncə və hesabatlarla işləmək bacarığı Komandanı yönləndirmək, məsuliyyət bölgüsü aparmaq və nəticəyə fokuslanmaq bacarığı Əlavə məlumatlar: İş qrafiki: 5 günlük iş həftəsi; İş yeri: Bakı şəhəri, Yasamal rayonu Könüllü Tibbi sığorta Korporativ nömrə Peşəkar təlimçi tərəfindən təlimlər Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “ Satınalma üzrə baş mütəxəssis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.