Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Qeyri-Ticari Malların Qəbulu) - OBA marketlər şəbəkəsi

Местоположение: Bakı

Təsvir Şirkətə daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər, metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və digər qeyri-ticari malların qəbul zamanı keyfiyyətə uyğunluğunu yoxlamaq; Malların satınalma sifarişləri, müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri və təsdiq edilmiş standartlara uyğunluğunu qiymətləndirmək; Məhsulların ölçülərini, texniki göstəricilərini, komplektliyini, funksionallığını, markalanmasını və fiziki vəziyyətini yoxlamaq; Təchizatçılar tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq; Aşkar edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq aktları hazırlamaq, sübut bazasını (foto, video və s.) formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin etmək; Təchizatçıların keyfiyyət göstəricilərini izləmək, təkrarlanan uyğunsuzluqları analiz etmək və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq; Tikinti materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək; Aylıq keyfiyyət göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar hazırlamaq və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək; Tələblər Ali təhsil (İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Keyfiyyətin idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə); Tikinti materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət sahəsində minimum 1  il  iş təcrübəsi; Tikinti materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri barədə biliklər;; ISO 9001 və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər üstünlük hesab olunur; ERP sistemləri (SAP, Logo, Oracle, 1C və ya digər) ilə işləmək təcrübəsi; MS Excel proqramını yaxşı səviyyədə bilmək (üstünlük); Analitik düşünmə, detallara diqqət və qərarvermə bacarığı; Güclü ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı nömrə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.