Kommunal və ümumi xərclərə nəzarət üzrə mütəxəssis - OBA marketlər şəbəkəsi

Местоположение: Bakı

Təsvir Kommunal və ümumi xərclərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etmək; Kommunal xərclər üzrə artıq və əsassız ödənişləri müəyyən etmək, səbəblərini təhlil etmək və aradan qaldırılması üçün təkliflər hazırlamaq; Yüksək kommunal xərc yaradan mağazaları təhlil etmək və xərc səbəblərini araşdırmaq; Hər bir mağaza üzrə xərclərin azaldılması və qənaətin artırılması məqsədilə fəaliyyət planları hazırlamaq; Kommunal və ümumi xərclərin aylıq monitorinqini aparmaq, hesabatlar hazırlamaq və nəticələri təqdim etmək; Xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadə istiqamətində layihələr hazırlamaq və icrasında iştirak etmək; Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işləmək; Xərclərin idarə olunması ilə bağlı təkliflər hazırlamaq və proseslərin təkmilləşdirilməsinə dəstək vermək. İş şəraiti İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00 – 18:00; Tələblər Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə ali təhsil; Maliyyə təhlili, xərclərin idarə olunması sahədə  minimum 1 il  iş təcrübəsi; MS Office proqramlarını, xüsusilə  Excel  proqramını yüksək səviyyədə bilmək; Analitik düşünmə və məlumatların təhlili bacarığı; Hesabatların hazırlanması və təqdimat bacarığı; Problem həll etmə, planlaşdırma və nəticəyönümlülük; Komanda ilə işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ təlim və inkişaf imkanları; Karyera yüksəlişi perspektivi; Nahar təminatı Nəqliyyat xidməti Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.