Yüklənir...
Местоположение: Bakı
“Odontos” MMC “Satış meneceri” vakansiyasını elan edir. Tələblər: Yaş: 23-35; Xanım və bəy namizədlər; Satış sahəsində minumum 1 il iş təcrübəsi (Tibb sahəsində çalışmış əməkdaşlara üstünlük veriləcək) Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir); Xoş və səliqəli zahiri görünüş; Yüksək ünsiyyət və satış bacarığı, fikrini aydın ifadə etmək; İşgüzar, hədəf yönümlü, məsuliyyətli və dürüst; Gərgin iş qrafikində səmərəli işləmə bacarığı; Kollektivdə işləmə və müştərilərlə ünsiyyət qurma qabiliyyəti; Şəxsi avtomobilin olması vacibdir. Vəzifə öhdəlikləri: Şirkət məhsullarının satışının təşkili; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatların verilməsi; Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi; Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı; Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək; Müştəri bazasını genişləndirmək Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək İş şəraiti İş saatları: 09:00 – 18:00 Əmək haqqı - 1000 AZN + Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış meneceri” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyi xahiş olunur.