Yüklənir...
Местоположение: Bakı
Зарплата: 1000-1200
İş şəraiti Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, Çinar Plaza 17-ci mərtəbə Əmək haqqı: 1000-1200 AZN (net) İş qrafiki: Tam iş günü Vəzifə öhdəlikləri Şirkətin satış proseslərinin təşkilində və koordinasiyasında iştirak etmək Satılan malların sifarişlərinin düzgün hazırlanması və müştərilərə vaxtında çatdırılmasını nəzarətdə saxlamaq Malların göndərişi ilə bağlı logistika proseslərini koordinasiya etmək Satışla bağlı sənədlərin (qaimə, müqavilə, hesab-faktura və s.) düzgün hazırlanması və uçotunun aparılması Müştərilərdən daxil olan sorğuların cavablandırılması və satış komandası ilə koordinasiya Tender elanlarının mütəmadi monitorinqi və uyğun tenderlərə şirkətin qoşulmasının təşkil edilməsi Tender sənədlərinin hazırlanması, toplanması və təqdim edilməsi prosesində iştirak Şirkət daxilində sənəd dövriyyəsinin düzgün və sistemli şəkildə aparılması Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli icra edilməsi Satış və tender fəaliyyəti üzrə hesabatların hazırlanması Namizədə tələblər Ali və ya orta ixtisas təhsili (biznes idarəçiliyi, iqtisadiyyat və ya əlaqəli sahə üstünlükdür) Satış, ofis menecmenti və ya tender sahəsində minimum 1–3 il iş təcrübəsi MS Office proqramlarını (Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək Sənədlərlə işləmə və rəsmi yazışma bacarığı Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili bilmək üstünlükdür) Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı Komandada işləmə və ünsiyyət bacarıqları Üstünlük hesab olunur Dövlət və ya korporativ tender prosedurları ilə işləmə təcrübəsi ERP və ya satış uçotu proqramları ilə işləmək bacarığı Logistika və təchizat prosesləri barədə anlayış Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.